“Dünyanın ən əzablı işlərindən biri də Naxçıvandan Bakıya bilet almaqmış”backend

Dünyanın ən əzablı işlərindən biri də Naxçıvandan Bakıya bilet almaqmış. Bilirdiniz? Bir ölkənin vətəndaşı bu şəhərdən o birinə uçmaq üçün günlərlə aeroportda yatırmış. Daha nələr bilmirmişik biz?

“Yeni Gundem”-in xəbərinə görə, bunu tanınmış jurnalist İradə İsaq bildirib.

“Bir qohum tələbə qalıb Naxçıvanda. İki gündür, heç cür Bakıya gətirə bilmirik. Belə dəhşət olar? Ürəyim ağrıdı. Yazığıq biz…” – İ.İsaq qeyd edib