Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir – Quterreşbackend

Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə şənbə günü Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Hesab edirəm ki, dünyanın iki yerə bölünməsinin qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – deyə BMT-nin baş katibi vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişədə birbaşa sülhə nail olmaq üçün perspektiv görmür.

Quterreş Şimali Koreyanın nüvə proqramını “tamamilə qəbuledilməz” adlandırıb. O, nüvə silahı olmayan bir dünyanın qurulmasını isə mümkün hesab etdiyini bildirib.

Qeyd edək ki, bu il G7-yə Yaponiya sədrlik edir. G7 liderlərinin illik sammiti mayın 19-21-də Xirosimada keçirilir./Trend