DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibbackend

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış yağacağı gözlənilib.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.

Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistiral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur.