DYP “Neftçi” – “Rapid” oyunu ilə bağlı azarkeşlərə müraciət etdibackend

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Neftçi” – “Rapid” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:

“Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununda Azərbaycanın “Neftçi” klubu ilə Avstriya “Rapid”i ilə Bakıda, Nizami rayonu ərazisində yerləşən “Bakcell Arena” stadionunda, saat 21:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Neftçi” klubuna uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, “Bakcell Arena” stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə k, ərazidə metronun “Xalqlar dostluğu” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə “Bakcell Arena” stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, – DYP rəsmisi vurğulayıb.