Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.
Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq.