e-Polis mobil tətbiqinin PlayStore-də yüklənməsi qısa müddətdə 100 mindən çox olub.
Bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Ekspertin sözlərinə görə, komanda zaman-zaman bu əhəmiyyətli resursda yenilənmələr də aparır. Bununla bağlı sonuncu yenilənmə isə may ayında olub, bəzi yeniliklər edilib:
“Bildiyim qədəri ilə “102 SOS” xidmətinin də (təhlükə ilə bağlı ən yaxındakı polis patruluna mesaj göndərilməsi, polisin geri dönüş imkanı və s.) e-Polisə inteqrasiyası üzərində işlər aparılır”,-ekspert qeyd edib.
Xatırladaq ki, e-Polis-dən bir sıra əhəmiyyətli xidmətlər, arayışlar və məlumatlar əldə etmək olar:
– məhkumluq haqqında arayış
– 102 xidmətə onlayn müraciət (Virtual -102)
– avtomobilin yüklü olub-olmaması haqqında arayış
– DYP cərimələri üzrə müraciət
– etibarnamə üzrə müraciət
– şəxsin özü haqqında məlumat və s.