Əbədiyyətə qədər davam edən Heydər Əliyev siyasəti – Məlahət İbrahimqızıbackend

Dünən ölkəmizdə keçirilən Prezident seçkiləri çağdaş dövlətimizin tarixinə qızıl hərflərlə yazılacaqdır. Bu seçki Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinin alternativinin olmadığını sübut etdi. Bu seçki tariximizə , Azərbaycan xalqının onu dünyada Qalib Xalq kimi tanıdan Qalib Liderinə şükranlıq günü kimi yazılacaqdır. Bu seçkidə Azərbaycan xalqı ,Müzəffər Ali Baş Komandanın arxasında on milyonluq bir Ordunun olduğunu dünyaya nümayiş etdirdi. İlk dəfə idi ki, səhər saat 8-də Seçki məntəqələrinin açılışını elan edilməsi zamanı Dövlət Himnimiz səslənərkən bu musiqinin sədaları Azərbaycanın bütün ərazilərinə, toxunulmaz olan sərhədlərimizə günəş şüaları kimi yayıldı. Dövlət himnimiz sanki ərazi bütövlüyü və suverenliyimiz uğrunda həyatından və canından keçmiş Şəhidlərimizin ruhunu oxşayırdı. Dövlət Himnimiz səsləndikcə dövlətimizin banisi və qurucusu “Müstəqilliyi qurmaq nə qədər çətindirsə onu qorumaq və əbədi etmək ondan da çətindir” fikirlərinin müəllifi Heydər Əliyevin ruhu Azərbaycan səmalarında gəzərək Xalqına Birlik, Bərabərlik,Həmrəylik, Sədaqət, Mətinlik göstərdiklərinə görə canı qədər sevdiyi əziz xalqına təşəkkür edirdi. Dünən möhtərəm Prezidentimizin və ailə üzvləri ilə birgə Xankəndində səs verməsi, ilk dəfə olaraq bütün işğaldan azad olmuş ərazilərdə təşkil olunmuş bu seçki gələcək nəsillər üçün qürur mənbəyi olacaqdır. 7 Fevral Prezident seçkisi günü sanki səmadan Vətən həsrəti ilə dünyasını dəyişənlərin, ruhları perik düşmüş Cumhuriyyətimizin bütün qurucularının onların yarımçıq qalmış arzularını və xəyallarını gerçəkləşdirən, ölkəmizi dünyaya güclü və qalib dövlət kimi tanıdan Müzəffər Ali Baş Komandanımıza, eləcə də dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqına minmətdarlıq sədaları eşidilirdi. Azərbaycan xalqının bu seçkidəki fəallığı və mövqeyi savaş meydanında rusvayçılıqla məğlub olmuş, lakin hələ də çirkli niyyətlərindən əl çəkməyən dünya erməniliyinə qarşı aparacağımız siyasi mübarizədə bir daha öz LİDER-i ətrafında sıx birliyinin və məğlubedilməzliyinin simvolu oldu. Dosta sevinc, düşmənə göz dağı olan 7 Fevral seçkisi Azərbaycan xalqının gələcək rifahının və dövlətimizin daha da güclənməsi yolunda bir mayak oldu. Azərbaycan xalqı sübut etdi ki, Azərbaycan xalqı üçün Torpaq,Vətən,Ərazi bütövlüyü, Suverenlik, Müstəqillik, Hürriyyət,İstiqlal və İstiqbal şərəf, namus,qeyrət və qürur məsələsidir.

Əziz Nəsimi rayon Seçiciləri və Sakinlər, Bacılarım və Qardaşlarım,
Daima Xalqımıza, Ordumuza və möhtərəm Prezidentimizə agız dolu dua edən Ağsaqqal Atalarımız və Ağbirçək Analarlmlz,
Dəyərli Gənclərimiz Sizə rayonundan seçilmiş millət vəkili kimi dünənki seçkidə göstərdiyiniz qeyrət və prinsipiallığa, seçki fəallığına görə Sizlərə, hər birinizə təşəkkür edirəm. Var olun.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Qalib Liderin, Qalib Xalqı!
Qarabağ Azərbaycandır!
Xankəndi Azərbaycandır!