Bildiyimiz kimi, bugünlərdə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aparılan araşdırmalar zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi növbəti bir kütləvi məzarlıq aşkar olunub. 44 günlük Vətən müharibəsindən sonra da erməni faşitlərinin qəddar cinayət əməllərinin dəfələrlə şahidiyik. Edillidə aşkar olunmuş bu kütləvi məzarlıq isə bir daha göstərir ki, Ermənistan üçün nə insanlıq, nə də beynəlxalq hüquq məfhumu yoxdur. Belə ki, Ermənistanın otuz il ərzində davranışı, bütün beyməlxalq təşkilatların qəbul etdiyi sənədlərdə təcavüzkarlıq və işğalçılıq kimi təsbit olunsa da rəsmi Ermənistan buna məhəl qoymamışdır.
Eləcə də 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan ənənəsinə “sadiq” qalaraq, bütün beynəlxalq qanunları kobud şəkildə pizaraq, savaş meydanlarından çox uzaq Azərbaycan bölgələrində qəddar terror hadisələri törətmişdir.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Bu mənada Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi bütün humanitar norma və prinsiplərə hayqırı olaraq, insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır.
Bildiyimiz kimi, Azərbaycan xalqı tarixin müxtəlif dövlərində davamlı olaraq erməni faşizminin vandallığının qurbanı olmuşdur. Son iki yüz il ərzində, ermənilərin Azərbaycan və Türkiyə qarşı törətmiş olduğu ən ağır cinayətlərin cəzasız qalmasının nəticəsidir ki, 30 illik işğal dövründə də xalqımıza qarşı növbəti soyqırım, etnik təmizləmələr, deportasiyalar, müharibə cinayətləri davam etmişdir. Əslində törədilən bütün cinayətləri təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq, bəşəriyyət əleyhinə törədilmiş cinayətlərdir və bu cinayətlər qəbuledilməzdir. Bügün işğaldan azad edilmiş ərazilərimizdə aparılan araşdırma və quruculuq işləri zamanı Ermənistanın vandal, barbar, faşist simasının növbəti təzahürləri aşkar olunur.
Çox təəssüf ki, ötən əsrin əvvələrində olduğu kimi Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra ermənilər tərəfindən xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirilib. Erməni cinayətkarlarının istər 1987-89-cu illərdə Qərbi Azərbaycan ərazisində tarixi torpaqlarımızda və yurd yerlərində yaşayan soydaşlarımıza qarşı törədilən etnik təmizləmə və deportasiya, istərsə də 1992-ci ildə Xocalıda törədilən soyqırımı, Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində azərbaycanlılara qarşı xüsusi amansızlıq nümayiş etdiriblər. Xalqımıza qarşı məqsədli, düşünülmüş şəkildə soyqırım, deportasiya və etnik təmizləmə siyasəti yürüdülüb.
Bildiyimiz kimi bugünədək ötən otuz il ərzində beynəlxalq təşkilatlarının, xüsusən də, humanitar təşkilatların da təsdiq etmiş olduğu 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur.Uzun illərdir ki, ermənilər bu cinayət faktların üstünü örtməyə çalışsalar da həqiqəti gizlətmək heç cürə gizlədə bilməmişlər. Ötən dövr ərzində, eləcə də son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən bu məsələyə münasibət bildirib. Taleyi haqda heç bir məlumat olmayan 4 minə yaxın şəxs dünyanın gözü önündə vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetirilib. Rəsmi Ermənistan bu məsələni ört-basdır etməyə çalışır, onların kütləvi məzarlığını da gizlədir və heç bir məlumat vermir.
Sözsüz ki, bu cinayətkarlığa heç cürə güzəşt etmək olmaz və bu qəbul olunmazdır.Təcavüzkar Ermənistan nə qədər tarixin saxtalaşdırmağa və törətdikləri cinayətin üstünü ört-basdır etməyə çalışsa da, aşkar olunan kütləvi məzarlıqlar onların əsl simasını bütün dünyaya nümayiş edir. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan 12 hərbiçinin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanmış olması faktı ermənilərin vandal, faşist xislətinin növbəti sübutudur. Eyni zamanda bu Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunun əyani göstəricisidir. Sözsüz ki, bu cinayətlər «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin və 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun tələblərinin kobud surətdə tamamilə pozulmasıdır. Dəhşət doğuran da odur ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən həmin beynəlxalq konvensiyaların və protokolların iştirakçısı olmasına baxmayaraq, beynəlxalq hüquqa nəinki məhəl qoymur, əksinə kobud şəkildə pozurlar. Daha doğrusu, Ermənistan tərəfi 30 ilə yaxındır beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz yanaşmışdır. Hesab edirəm beynəlxalq yəşkilatlar buna göz yummamalı və heç cürə qəbul edilə bilməz. Çox təssüf ki, dünya birliyi, aparıcı beynəlxalq təşkilatlar bu müharibə cinayətkarlığa qarşı heç bir münasibət bildirmir. Beynəlxalq təşkilatlar, xüsusən də YUNESCO kimi mötəbər təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə qarşı səssiz, kor və kardırlar. Əlbəttə beynəlxalq təşkilatların Azərbaycana qarşı riyakar və ikili yanaşmalarını sübut edir. Ermənistanın törətmiş olduğu bu hərbi cinayətlərlə, eləcə də, işğal altında olan ərazilərimizdəki erməni vandalizmi ilə bağlı dəfələrlə ölkəmizin Rəhbəri daxil, müxtəlif səviyyəlırdə Beynəlxalq təşkilatlara müraciət olunsa da bugünədək bir fəgə də olsa monitorinq edilməyibdir.
Ermənistanın Azərbaycan xalqına, eləcə də insanlığa yönəlik bu cinayətləri yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olduğu halda, bu təşkilatlar ikili standartlardan çıxış etmiş və Azərbaycan ictimaiyyətinin kəskin tənqid hədəfinə çevrilmişdir. Beynəlxalq təşkilatların bu biganə və laqeyd mövqeyinə baxmayaraq, Bütün bunlara Ermənistanın məsuliyyətə cəlb olunmasına nail olmaq üçün mübarizəmizi davam etdirməliyik. Bir mənalı deməliyik ki, beynəlxalq instansiyaların qeyri-obyektiv mövqe sərgiləməsi onların təcavüzkara dəstək göstərməsinə və işğalçı Ermənistan tərəfindən yeni cinayətlərin törədilməsinə şərait yaratmaq anlamındadır. Azərbaycan ictimaiyyəti umid edir ki, müvafiq beynəlxalq təşkilatlar taleyi hələ də məlum olmayan 4 min azərbaycanlının Ermənistan tərəfindən törədilmiş işgəncələrə və qətliyama görə Ermənistanın məsuliyyətə cəlb olunmasına çalışmalıdır.
Hesab edirəm ki, ildən-ilə dünyada nüfuzunu itirəm beynəlxalq təşkilatlar Ermənistanın Qarabağda törətdikləri faşist və vandal, cinayətkar əməllərinə qarşı konkret addım atmalıdır.
Yenigundem.az