Effektiv addımlarbackend
Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxışında vacib məqamlara toxunub, mühüm məsələlərdən bəhs edib. Ölkəmizin qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı təşəbbüslərinin əhəmiyəti önə çəkilib. Bu bir reallıqdır ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də məhz “Təmiz ətraf mühit və yaşıl artım” konsepsiyasını əhatə edir. Ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi və bərpası istiqamətində atılan effektiv addımlar bu xüsusda mühüm önəmə malikdir. Eyni zamanda su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təşviqi sahəsində Azərbaycan təsirli addımlar atmaqla yanaşı vacib təşəbbüslərlə də çıxış edən ölkə kimi bu gün dünyada böyük rəğbətlə qarşılanır.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışı məhz bu xüsusda vacib bir yol xəritəsi kimi xarakterizə edilir: “Bu eyni zamanda Azəbaycanın “yaşıl enerji” siyasətinə olan yanaşmasını göstərən mühüm amildir. Sözsüz ki, bu günki reallıqda heç bir ölkə qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən sığortalana bilməz. Ona görə də, hər bir ölkə bu qlobal çağırışa qarşı özünün konseptual mövqeyini ortaya qoymalıdır. Təəsüf ki, Ermənistan 30 illik işğal siyasəti nəticəsində ərazilərimizdə apardığı vandallıq, barbarlıq, soyqırımı və etnik təmizləmə siyasəti ilə yanaşı ekoloji terror da həyata keçirilib. Azərbaycan dövləti II Qarabağ Müharibəsindən sonra erməni işğalından azad edilən ərazilərdə bərpa-quruculuqla yanaşı eko-sistemin bərpası istiqamətində də təsirli addımlar atır, mühüm işlər görür. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi erməni işğalçılarının 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə vurduğu zərbənin nəticələrini aradan qaldırmaq üçün uzun müddət lazım olacaq. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti özünün imkanları ilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji”siyasəti həyata keçirir. Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ layihələrin icrası məhz bu məqsədlərə xidmət edir”. Millət vəkili hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi və digər az tullantıya malik istehsal sahələrinin yaradılması istiqamətində dövlətin mühüm proqramları əsas hədəfə çatmaq üçün vacibdir: “Təbii ki, bu gün bir çox ölkələr su və digər qlobal çağrışlarla üz-üzədir. Çaylarda, göllərdə su səviyyəsi aşağı düşür. Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşməsi də məhz ekoloji mühitin başlıca problemlərindən biri kimi önə çıxır. Prezident İlham Əliyev də çıxışında Xəzər dənizində su səviyyəsinin düşməsinin başqa amillərlə bağlı olduğunu bildirib. Sözsüz ki, bu gün Azərbaycan qlobal miqyasda etibarlı enerji təhlükəsizliyi ilə bağlı vacib tərəfdaşdır. Neft-qaz sahəsində Azərbaycan özünün ixracının artırmağı hədəfləyir. Yaxın dövrdə ölkəmizin qaz ixracının 24 milyard kubmetrdən artıq olacağı proqnozlaşdırılır. Dövlətimizin başçısının da vurğuladığı kimi “Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Təsadüfi deyil ki, ölkəmiz ümum-Avropa qaz təchizatçısı adlandırılır. Bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir”. Həmçinin Azərbaycan öz qazının satış coğrafiyasını genişləndirmək niyyətindədir. Paralel olaraq isə Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı bərpaolunan enerji mənbələrinin forlaşadırılması istiqamətində effektiv addımlar atır”.

Deputat bildirib ki, bu ilin payızında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın qlobal ekoloji məsələlərə olan mövqeyini ifadə edir: “Məhz COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin enerji potensialı, “Yaşıl enerji” siyasətinin qlobal miqyasda tanıdılması baxımından da vacib rola malikdir. “Yaşıl enerji”yə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədinə xidmət edən başlıca amildir. Artıq Azərbaycanda alternativ enerji mənbələrinin istehsalında vacib əhəmiyyətə malik olacaq istehsal sahələri formalaşdırılır. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı bu xüsusda mühüm önəm kəsb edir. Azərbaycanda yaradılan bu elektrik stansiyası regionda ən böyük Günəş elektrik stansiyası hesab edilir. IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən “yaşıl enerji” ənənəvi enerji mənbələrini geridə qoyacaq təsirli addımların atılması üçün də mühüm proqramların icrası vacibdir”.

Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyev məqsədyönlü, praqmatik strategiyasının nəticəsində Azərbaycanın alternativ enerji mənbələrinə çıxış imkanlarını daha da artırır: “Bu amillər isə enerji təhlükəsizliyimizin təmin edilməsi ilə yanaşı enerji ixracatının şaxələndirilməsi baxımından təsirlidir. Bütün bu amillər Azərbaycanın bütün sahələrdə olduğu kimi enerji sahəsində regional və qlobal miqyasda liderliyinin başlıca şərtləridir. ABŞ prezidenti Co Baydenin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və “Caspian Power” sərgilərinin açılış mərasimi ilə bağlı ünvanladığı məktubunda da bu amillər xüsusi olaraq qeyd edilib. Bu bir reallıqdır ki, ABŞ prezidenti və dünyanın aparıcı ölkələrinin liderləri Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyi ilə bağlı rolunu yüksək dəyərləndirir. Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi Azərbaycanın əhəmiyyətinin ABŞ Prezidenti tərəfindən xüsusi olaraq vurğulanması ölkəmizin daha böyük hədəflərindən xəbər verir. Bütün bunlara isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti sayəsində nail olub”.