Ötən il “Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə vergi borcunun olması barədə xəbər vermişdik.
32gun.az-ın məlunatına görə, efirlərdə bəh-bəhlə reklam olunan xəstəxananın Azərbaycan Dövlətinə vergi borcu qat-qat artıb.
Belə ki, ötən il 46404.28 AZN vergi borcu olan Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı borcu 300 min manata (296869.30 AZN) yaxındır.
Maraqlısı bundadır ki, borcu olan xəstəxana ölkənin reytinqli verilişlərində reklam olunmaqdan da çəkinmir.
Bildirək ki, Qanuni təmsilçisi Adem Esgün olan “Dünya Göz Azərbaycan”ın nizamnamə kapitalı 10000AZN-dir.