“Əgər Xankəndində aclıq olsaydı, onlar Bakıya yardım üçün yalvarardılar” – Deputatbackend

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ikinci gündür ki, Ağdam-Xankəndi yolunda dayanaraq humanitar yardımı aparmaq üçün sülhməramlıların icazəsini gözləyir. Amma hələ də Xankəndinə yardımın aparılmasına icazə verilməyib. Ağdam-Xankəndi yoluna yardım karvanı çatanda Xankəndində və sülhməramlıların Əsgəran postunda separatçılar aksiya keçirərək Azərbaycandan gətirilən yardımın onlara lazım olmadığını bildirirlər. Bu bir daha sübut edir ki, Xankəndində heç bir humanitar çətinlik yoxdur.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Azər Badamov açıqlayıb.

Millət vəkili hesab edir ki, əgər Xankəndində aclıq olsaydı ermənilər yardım üçün Azərbaycana yalvaracaqdılar.

“Bu gün separatçılar yenə də Azərbaycana qarşı şüarlar səsləndirəcəklərsə bu o deməkdir ki, Xankəndində hər şey qaydasındadır və Qarabağda yaşayan ermənilərin yardımlara ehtiyacları yoxdur. Ermənilərin humanitar böhran şousu Laçın- Xankəndi yolu vasitəsilə Ermənistandan gələn humanitar yük adı altında avtomobillərin Laçın postundan buraxılmaması ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ermənistan və separatçılar birdəfəlik başa düşməlidirlər ki, Laçın postundan keçəcək yüklər Ağdam-Xankəndi yolu açılandan sonra ancaq Azərbaycanın sərhəd və gömrük qaydalarına riayət olunmaqla buraxıla bilər. Yəni, sərhəd prossedurlarına əməl olunmaqla və gömrük rüsumlar ödənilməklə buraxıla bilər. Əks halda bu yol vasitəsilə nə gəldi daşımaq zamanı arxada qalmışdır”.

Milli Məclisin üzvünün sözlərinə görə, hal hazırda separatçılar hava nəqliyyatı vasitəsilə Ermənistandan Xocalı aeroportuna yüklər daşıyırlar.

“Bu yüklərin tərkibinin nə olduğu məlum deyil. Ona görə də hava yolu vasitəsilə də Ermənistandan Xankəndinə daşımaları dayandırmalıyıq. Bunun üçün Rusiya sülhməramlıları məlumatlandırmalı və bu marşurut vasitəsilə hərəkət edən nəqliyyat vasitələrinin uçuşlarının qarşısı alınmalıdır”.

Millət vəkili A.Badamov onu da əlavə edib ki, Xankəndində yaşayan ermənilər birdəfəlik anlamlıdırlar ki, onların saxta separatçı arzuları keçmişdə qalıb. “Bu gün onlar Azərbaycanın suverən ərazilərindədirlər və maneəsiz bütün yollar Bakıya açılmalı, təminatlar ödənilməlidir. Kimlərsə Azərbaycanın qanunlarına tabe olmaq istəmirlərsə vaxtında çıxıb ərazilərimizdən getsinlər və özlərinə yeni yaşayış yeri axtarsınlar”,-deyə deputat qeyd edib.

Fərahim Rəhimov

Yenigundem.az