Minimum əməkhaqqı vergidən azad oluna bilər.
“Yeni Gundem” Xəzər TV-yə istinadən bildirir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bununla bağlı yeni təkliflər hazırlanıb və Milli Məclisdə müzakirəyə çıxarılıb: “Yeni qaydaların tətbiq edilməsi minumum əməkhaqqı alan vətəndaşların maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək”.
Deputat qeyd edib ki, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əməkhaqqı alan vətəndaşların da vergi məbləği azalacaq və nəticədə bu, maaş artımına səbəb olacaq.