Əhməd İsmayılov: “Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”backend

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə paylaşım edib.

“Yeni Gundem” xəbər verir ki, o, bu barədə özünün Tviter hesabında qeyd edib:

“Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.