2 may saat 5:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.
“Azərbaycan Dəmir Yollar” QSC-dən “Yeni Gundem”-ə daxil olan məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin başvermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.