“Ekstraklasa”nın potensial ulduzu – Polşa mediası Mahir haqdabackend

Milli komandamızın hücumçusu Mahir Emreli yeni klubu “Legiya”da uğurlu çıxışları ilə diqqət çəkir.

24 yaşlı hücumçumuz əvvəlcə yoxlama oyunlarında məhsuldarlığı ilə seçildi. O, 6 qola imza atdı. İki gün əvvəl “Legiya”nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə “Bude-Qlimt”ə  (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda isə Mahir iki qol vuraraq komandasının qələbəsində böyük pay sahibi oldu.

Əlbəttə, uzun illər sonra Avropanın tanınmış klubunda legioner həyatı yaşayan futbolçumuzun bu ürəkaçan çıxışı bizləri sevindirir. Bəs, Mahirin çıxışına Polşa tərəfində baxış necədir?

“Wprost Sport”: “Bir neçə oyunda vurduğu qolları Azərbaycan əsgərlərinə həsr edib”

Qol.az saytının xəbərinə görə, bu ölkənin saytlarında futbolçumuz barədə yazılar dərc olunub. “Wprost Sport” saytındakı yazıya “Legiya”nın yeni hücumçusu Mahir Emreli kimdir? Ekstraklasanın potensialı ulduzu haqda” başlığı verilib.

“Legiya” Mahirin transferini bu il iyunun əvvəllində təsdiqləmişdi. Elə ilk hazırlıq matçında azərbaycanlı çox yaxşı oynadı. Çempionlar Liqasındakı rəsmi debüt oyununda isə o, 2 qol vurdu. Həmin görüşdə “Legiya”nın yeni futbolçularından yalnız Mahir Emreli oynadı. O, böyük ehtimalla komandaya ötən mövsüm “Ekstraklasa”nın (Polşa yüksək liqası – red). bombardiri olan (22 qol) Tomaş Pexartı əvəzləmək üçün gətirilib”  – deyə yazıda bildirilir.

Həmçinin onun “Qarabağ”dakı çıxşlarına dair ətraflı statistik məlumat da verilib.

Yazıda həmçinin xatırladılır ki, Mahir Varşava klubunun düşərgəsinə pulsuz – azad agent kimi qoşulub. Onun Ağdam klubu ilə müqaviləsi bitdiyindən təzminat ödənilməyib. “Maraqlıdır ki, Mahirlə “Beşiktaş” maraqlansa da, futbolçu özü “Qalatasaray”ın fanatı olduğunu deyib. Onun futbol kumiri isə Zlatan İbrahimoviçdir. “İsveçlinin bioqrafiyası” Emrelinin sevimli kitabıdır. Deyilənə görə, o, çox oxuyub. Bundan başqa, ö, öz ökəsinin həyatına çox bağlıdır. Azərbaycandakı olarkən Mahir işğaldan azad olunan Ağdam şəhərində olub. Bir neçə oyunda vurduğu qolu Azərbaycan əsgərlərinə həsr edib. “Futbol ağıllı insanlar üçün yüngül idman növüdür”. Bu “Ekstraklasa”nın potensial ulduzunun devizidir”.

Przegladsportowy.pl: “18 qolu Azərbaycanda vurduğundan heç kim əmin deyildi ki…”

Przegladsportowy.pl saytında dərc olunan yazıda da Mahir haqda müsbət fikirlər yer alıb. Qeyd edilir ki, azərbaycanlı futbolçu qısa zamanda özünü yaxşı tərəfdən göstərə bildi. “Artıq Legiya”nın iki snayperi var” – deyə yazıda qeyd olunur. Bildirilir ki, Varşava klubunun transfer siyasətində çox səhvlər olub, eyni zamanda müsbət məqamlar da unudulmamalıdır: “Bu, əsasən komandanın hücum xəttinə aiddir. Son illər bu baxımdan problem olmayıb. Yaroslov Nezqoda (bir mövsümdə 14 qol), Karlitos (bir mövsümdə 16 qol), Xose Kante  (bir mövsümdə 10 qol) və nəhayət, Tomaş Pexart… Sonuncu oyunçu ötən mövsüm 22 qolla “Ekstraklasa”nın bombardiridi oldu. Amma Polşa çempionu istəyir ki, hücum xətti daha güclü olsun. Ona görə də Mahir Emreli komandaya dəvət olunub. Onun çıxışını müsbət saymaq olar. Mahir ötən mövsüm 18 qola imza atıb. Lakin bu qolları “Qarabağ”ın heyətində Azərbaycan çempionatında vurduğundan heç kim əmin deyildi ki, o, özünü Polşa çempionatında, ən başlıcası isə avrokubokların qrupu uğrunda mübarizədə də göstərə bilər. Hətta yoxlama matçlarındakı qollar da bu ümidi yaratmırdı. Baxmayaraq ki, Mahir bu görüşlərdə 6 qol vura bilmişdi. Amma Norveçdəki oyun göstərdi ki, azərbaycanlını Varşavaya gətirməklə doğru qərar verilib”.