“Əməkdar hüquqşünas”, Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Eldar Əfəndiyev vəfat edib.
“Yeni Gundem” Qafqazinfo-ya istinadən xəbər verir ki, 74 yaşlı veteran prokurorun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, hüquq elmləri namizədi olan E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bundan sonra o, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində çalışıb.