Tariflər, o cümlədən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin paylanması, bazar operatorunun xidmətlərinin və səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri tənzimlənəcək.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tarif (qiymət) Şurası İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2025-ci il 1 iyul – 2028-ci il 30 iyun müddətində qiymətlərin (tariflərin) müəyyən edilməsini təmin etməlidir.