Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları” qərarına dəyişiklik edib.
“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına verilən geyim formalarının miqdarında və istifadə müddətində dəyişiklik edilib.