backend

Nazirlər Kabineti “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi məqsədilə hazırlanıb.

Qərara əsasən, milli standartlaşdırma qurumu 6 ayda bir dəfədən az olmayaraq proqram üzrə görülmüş işlər barədə məlumatları internet səhifəsində yerləşdirir.

Bundan başqa, Nazirlət Kabineti “Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri Qaydaları”nı təsdiqləyib. Qaydalar “Standartlaşdırma haqqında” qanuna uyğun hazırlanıb.