Azərbaycandakı Qərblə bağlı şəbəkənin seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına hazırlaşdığı ilə bağlı daha öncə xəbər vermişdik. Musavat.com-un yaydığı xəbərə görə, AXCP sədri Əli Kərimli bu məsələ ilə bağlı “Azadlıq” qəzetinin əməkdaşlarına tapşırıq verib.
Kərimlinin tapşırığına görə onlar seçki məntəqələrinə girib qarşıdurma yaratmalı, səs-küy salmalı, səsvermə prosesini pozmağa çalışmalıdırlar. Məqsəd qarşıdurma yaratmaq və neqativ görüntülər paylaşmaqdır.