“Oktyabrın 3-üdür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib. Şagirdlər məktəbə kitabsız gedib gəlirlər”.
“Yeni Gundem”-in xəbərinə görə, bunu ekspert Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar: “İşləyə bilmirsiniz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, tam heyətiniz ilə ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz”.