Azərbaycan cüdoçusu, Olimpiya oyunlarının mükafatçısı Elmar Qasımov qalmaqallı videoları ilə yenidən gündəmə gəlib.
“Yeni Gündəm” xəbər verir ki, o, özünün yeni TikTok hesabında videolar paylaşıb. Bunlardan biri də Qasımovun avtomobilində əlindəki pullarla özünü yellədiyi görüntülərdir.
Qeyd edək ki, Elmar Qasımov bir neçə müddət öncə yaşadığı binadan pulları həyətə səpərkən çəkdiyi görüntüləri paylaşmışdı və buna görə Azərbaycan cüdo millisindən uzaqlaşdırılmışdı.
Qafqazinfo