Elnarə buna görə arıqlamırbackend

“Arıqlasam evdəkilərə uyğun gəlmərəm. Çox arıqlayanda ailə üzvlərimin yanında cücəyə oxşayıram”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Zaurla Günaydın” verilişində deyib. Sənətçi aparıcı Zaur Baxşəliyevin “Heç arıqlamırsan” sözlərinə belə reaksiya verib:

“Oğullarım da çox iridir. Bundan çox arıqlayanda artıq yaxşı görünmürəm  Çəkim yaxşıdır. Geyim məni ölçülü göstərir. Arıqlamağa çalışmıram”.

Qeyd edək ki, Elnarənin 4 övladı var.