Müğənni Elnarə Xəlilova qonaq olduğu “Gündən günə” proqramında maraqlı açıqlamalar verib.
“Yenigundem” xəbər verir ki, sənətçi 2018-ci ilin ona düşərli olduğunu, hətta leytenant kimi Dövlət Sərhəd Xidmətində (DSX) çalışdığını bildirib:
“Bu ili məhsuldar hesab edirəm. Bu il 5-6 mahnı çıxarmışam, klip çəkdirmişəm. Radioda işə düzəldim, Dövlət Sərhəd Xidmətində solistəm. Həmçinin leytenant olmuşam”.
Qeyd edək ki, Elnarənin həyat yoldaşı Rövşən Cahangirov DSX-nin mətbuat xidmətinin üzvüdür.