Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin sabiq aparat rəhbəri Elnur Kələntərov yeni vəzifəyə təyin olunub.
“Yeni Gündem” xəbər verir ki, bunu Kələntərov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, yeni ilin ilk gününə gözəl xəbərlə başlayıb: “Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi artırdı..
Qeyd edək ki,Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışıb.
Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.