Elşən Gəncəvinin namizədliyinə növbəti dəstək – MÜSAHİBƏLƏR (FOTOLAR)backend

1 sentyabr 2024-cü il tarixində keçiriləcək 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsinə deputatlığa namizədliyi Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülən iqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) haqqında Strateji.az saytı olaraq ölkəmizdə fəaliyyət göstərən ictimai xadim, iş adamları və sahibkarların fikirlərini öyrəndik.

İş adamı Hacı Famil Qorçiyev bildirib ki, Elşəni uzun müddətdir tanıyıram. O çox dəyərli və səmimi bir insandır. O hər zaman xeyirxahlığı ilə seçilir. Hər dəfə namizədliyini irəli sürən Elşənin bu dəfə uğur qazanacağına inanıram. O deputat seçilərsə, ondan gözləntilərim böyükdür. İnanıram ki, seçildikdən sonra millət vəkili kimi Cənab Prezidentimizin siyasətinə, xalqına və millətinə dəstək olacaq. Mən bu sözləri Elşən haqqında hər zaman deyirəm. Namizəd olanda da, olmayanda da. Ümumiyyətlə Elşən dövlətə, vətənə və cənab Prezident İlham Əliyevin siyasətinə daim dəstək verən bir şəxsdir.

Elşən Gəncəvini uzun zaman tanıyan bir insan kimi onu deyə bilərəm ki, o cəmiyyətdə fəal, ictimai işlərdəki fəaliyyəti ilə və başqalarına kömək etmək istəyinə görə tanınır. Bu sözləri fərdi sahibkar Pənah Əlisoy Elşən Gəncəvi haqqında fikirlərini bölüşərkən bildirib. Sahib olduğu holdiqin bir sahəsi də məhz Azərbaycanlı sahibkarların yaralı yeri olan vergi işləri ilə məşğuldur. Elşən Gəncəvi başa düşür ki, deputatın işi təkcə seçicilərinə söylədiyi ideyalar deyil, həm də onları həyata keçirmək bacarığıdır. O namizədliyini  verərək buna qadir olduğunu nümayiş etdirmək istəyir. O ruhən enerjili, ideyaları perspektivli, dünya görüşü geniş, qərb təhsilli və öz resursları hesabına xalqın içindən çıxmış gənc iş adamıdır. Nəzərə alsaq ki, gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub və Prezidentimizin perspektivli gənclərə olan diqqəti həmişə göz önündədir. Seçdiyi “SƏSİNİZ GƏNCƏ” şuarıda bu diqqətin təzahürüdür. Elşən bəy gənc millət vəkili kimi, sözün hərfi mənasında millətinin vəkili olacaq, seçicilərinin ictimai-sosial problemlərini aidiyyəti qurumlara çatdıracaq və dövlətinin ictimai-siyasi ideologiyasına sadiq olacaqdır. Keçirdiyi kampaniyadan şahidi oluram ki, həqiqətən də seçiciləri Elşən bəyi dəstəkləyir. Onun rəqiblərinin kim olduğunu da bilirəm. Düşünürəm ki, hər kəs hal-hazırda tutduğu vəzifəni layiqincə yerinə yetirsə xalqına dəstək olmuş olar, əlavə deputat mandatı daşımağa ehtiyac olmaz. Həm də gənclərin önü açılmış olar. Elşən bəyə bu yolda uğurlar arzu edirəm. Əminəm ki, seçki nəticələrinin nə olmağından asılı olmayaraq, Elşən Gəncəvi dövlətini və xalqını sevən gənc kimi onların yanında olacaq, əlindən gələn köməkliyi əsirgəməyəcək. Uğur olsun sənə – SƏSİMİZ GƏNCƏ!

Bir insanın malik olduğu bütün müsbət xüsusiyyətlər Elşən Gəncəvidə mövcuddur. Bu sözləri açıqlamasında iş adamı Rauf Əliyev bildirib. O çox dürüst, çalışqan biridir. Demək olar ki, bəzən sutkanın 24 saatını işləyir. O millət vəkili seçildiyi halda səlahiyyətləri çərçivəsində xalqı üçün, dövləti üçün çox işlər görə biləcək bir şəxsdir. Mən ona uğurlar arzu edirəm.

Elşən Gəncəvi ilə biz  artıq uzun illərdi dostuq və eyni zamanda da əməkdaşlıq edirik. Bu sözləri açıqlamasında “Caspian Events Group” şirkətinin direktoru, aktyor Tural Ələkbərov bildirib. Bizim onunla tanışlığımız əməkdaşlıqla başladı. Zamanla onun şəxsi  kefiyyətlərinə, insani dəyərlərinə, xüsusilə yardım sevərliyinə, gənclərə göstərdiyi diqqətə görə dostluq əlaqələrimiz yarandı. Biz “Caspian Events Group” olaraq yarandığımız gündən bu yana bizim bütün maliyyə məsələlərimizi Elşənin rəhbərlik etdiyi şirkət edib. Hər zaman dürüst və işinə məsuliyyətlə yanaşıb. Elşən bəyin deputatlığa namizədliyini verməsi məni çox sevindirir. Çox istəyirəm ki, xalqına, vətəninə, müasir gəncliyə və çox sevdiyi Gəncə şəhərinə dəyər verən Elşən bəy deputat seçilsin. Onun Gəncə şəhərinin deputatı olması çox gözəl hadisə ola bilər. Mən düşünürəm ki, 1 sentyabr 2024-cü il tarixi parlament seçkilərində Gəncə sakinləri onu yalnız buraxmayacaqlar. İnanıram ki, gəncəlilər Elşənə etimad göstərəcəklər. Onsuzda o Gəncə üçün əlindən gələni edir. Bundan sonra da etməyə davam edəcək.

Elşən Gəncəvi qədim Gəncəmizi gəncləşdirəcək.  Bu sözləri açıqlamasında  “Zəka Academy” Təhsil, Elm və Peşə Mərkəzinin rəhbəri Ülkər Həsənova bildirib. Onun haqqında fikirlərim yüksəkdir. O deputat seçilməyə ən layiqli şəxsdir. Elşəni hər zaman yardımsevər bir insan kimi tanıyıram. Seçildikdən sonrada Gəncəyə və dövlətimizə böyük xeyri dəyəcək.

Elşən Gəncəvi çox dürüst insandır. Çox gözəl insandı. Bu sözləri açıqlamasında “GARAGEO52AZ” şirkətinin rəhbəri, İkinci Qarabağ Müharibə iştirakçısı Rövşən Abbaszadə bildirib. O qeyd edib ki, Elşən əməkdaşlıqda ən etibarlı insanlardandır. İnanıram ki o deputat seçilsə, seçicilərini qəbul edib və onların problemlərini hər zaman dinləyəcək.

Elşən Nəcəfovla 10 ildən artıqdır tanışıq. Bunu “Bagim.az” Əmlak Agentliyinin rəhbəri Rövşən Məcidzadə Elşən Gəncəvi haqqında fikirlərini bildirərkən qeyd edib. 10 ildən çoxdur ki, əməkdaşlığımız var. Çox dürüst, səmimi və ən əsası işində çox peşəkardır. Mən hər zaman ətrafımdakı sahibkarla da Elşənlə iş görməyi məsləhət bilmişəm. Bir sözlə Elşəndən hər zaman razı qalmışam. Elşənə də bu tutduğu yolda uğur arzu edirəm. Ümüd edirəm ki, Elşən ətrafına seçicilərinin sevgisi ilə cəlb edəcək.


Artıq üç ildir ki, Elşən müəllimin peşə fəaliyyətini yaxından izləyirəm. Bu sözləri açıqlamasında “Moon” şirkətinin rəhbəri Aysel Həsənova bildirib. Onun işə nə qədər peşəkarcasına yanaşdığının şahidlərindən biriyəm.  Bu illər ərzində Elşən müəllimin milli dəyərlərə önəm verdiyinin dəfələrlə şahidi olmuşam. Ətrafımda milli dəyərlər dedikdə ağlıma gələn iki-üç şəxsdən biridir ki, hər zaman millətçiliyi və dövlətçiliyi ön planda saxlayıb. Həm iş görüşlərində, həm də şəxsi görüşlərdə millətçilik və dövlətçilik onun üçün əsas olub. Bütün bunlarla yanaşı iş sahəsindəki peşəkarlığı və dəqiqliyi hər zaman yadda qalan olub. Bu seçkilərdə ona uğur diləyirəm. İçimdən bir səs deyir ki, o uğur qazanacaq. Çünki millətçilik və vətənpərvərlik deyiləndə, ağıla gələn ilk isimlərdən biridir.

Elşən bəy vətəninə və millətinə səmimi qəlbdən bağlıdır. Hər zaman haqq və həqiqətin yanında olub və inanıram ki, bundan sonra da elə olacaq. Bu barədə açıqlamasında ictimai xadim Ağrı Qaradağlı bildirib. Elşən bəy dostluqda da vazgeçilməz birisidir. Elşən bəyin ürəyi həmdə Təbriz və Güney Azərbaycan üçün çırpınır. Azərbaycan Respublikasının Milli Məclisində Elşən bəy kimi insanların olması lazımi və gərəklidir.

İş adamı Telman Eyzamoğlu da Elşən Gəncəvi haqqında fikirlərini bölüşüb. Elşən haqqında qısa bir söz deyə bilərəm ki, illərdi mənimlə dostluq edir. O qeyd edib ki, illərdi bizə qarşı dəyişməyən sadaqət və qayğısı ilə tanıyırıq Elşəni. Elşən öz sahəsində çox peşəkar insandır. Onu uzun müddətdir ki, tanıyıram. Çox dürüst biridir. Əgər seçiciləri Elşəni millət vəkili seçərlərsə, onlar yaxşı bir millət vəkili, hətta deyərdim ki, hər bir seçicisi yaxşı bir dost qazanar. Mən buna inanıram. Elşənə bu seçkilərdə uğurlar arzu edirəm.

Elşən Gəncəvi haqqında onu deyə bilərm ki, o tarixi çox mükəmməl bilir. Bununla yanaşı o vətənini, millətini çox sevir. Bu sözləri açıqlamasında  “Şəhrizad” uşaq bağçasının rəhbəri  Pəri Tağızadə bildirib. O qeyd edib ki, Elşən çox dürüst və məsuliyyətli bir insandır. O seçiləcəyi təqdirdə Gəncə üçün böyük işlər görəcək. O öz deputat səlahiyyətlərini məsuliyyətlə və uğurla yerinə yetirəcək.

Mən Elşən Gəncəviyə uğurlar arzu edirəm.  O doğurdan da bu gün cəmiyyət üçün və Prezidentimizin siyasəti üçün yararlı bir gəncdir. Bu sözləri açıqlamasında sahibkar Səbuhi Mahmudov bildirib. O qeyd edib ki,  Elşən həqiqətən tərifə layiq bir insandır. Mənim bir kiçik sahibkar kimi Elşənlə əməkdaşlığımız olub. Hər zaman işini layiqincə yerinə yetirib.  O işini vaxtından əvvəl təhvil verib. Mən onu tanıdığım müddətdən bu yana işlərini qüsursuz görüb. Tam səmimiyyətimə inanın. İşimlə əlaqədar ona müraciət edən də ən çətin işlərin öhdəsindən gəlib. Kimsə ona zəng edib nəsə xahiş edən də çalışb ki, o adama yardım etsin. O bu yardımı ona zəng edənin ona arxayın olub, ona güvəndiyi düşüncəsi ilə edib. Hələ eşitməmişəm ki, ətrafında kimsə ondan narazı olsun. Kimsə desin ki, Elşən kiminsə işini görmədi, başından elədi. Bu tip sözlər heç vaxt Elşən haqqında deyilməyib. Biz onun hər zaman qullundayıq ki, necə ki, o da dövlətin qulluğundadır.

Elşən insana özünü yaxın hiss etdirən səmimiyyətə sahibdir. Mən inanıram ki, Elşən millət vəkili seçilsə, nəinki seçildiyi dairənin, hətta seçicisi olmayan insanların da problemlərini dinləyər. Bu sözləri açıqlamasında “CARE GROUP AZERBAİJAN” şirkətinin rəhbəri Aybəniz Behbudova bildirib. O qeyd edib ki,  Elşən o qədər səmimi insandır ki, onlar problemlərini bildirməsə də Elşən səmimiyyəti ilə onlara yaxınlaşıb, özü onların dərd-sərini öyrənər.  Elşən həddən artıq vətənpərvər bir insandır. O bütün bunların fonunda, eyni zaman da çox savadlıdır. Mən Elşənə ürəkdən uğurlar arzu edirəm.

Elşən Gəncəvini illərdi tanıyıram və əməkdaşlıq edirik. Bu sözləri açıqlamasında “SS-GROUP.AZ” şirkətinin direktoru, iş adamı  Sahib Süleymanov bildirib. Bir dəfə olsa belə işində qeyri-peşekarlıq etməyib. Şəxsi xarakteri onun yüksəlməyində boyük bir rol oynayıb. İnanıram ki, Elşən Gəncəvi qarşıdan gələn deputat seçkilərində uğur qazanacaq.

Mən Elşən müəllimi 5 ilə yaxındır tanıyıram. Bu bir insanı tanımaq üçün kifayyət qədər yetərli zamandır. Bu sözləri açıqlamasında “BLAHİTE” şirkətinin direktoru Rəsul Məmmədov bildirib. O qeyd edib ki, 5 il ərzində onun üstün cəhədləri, onu digər insanlardan fərqləndirən xüsusiyyətlərini özüm üçün hər zaman analiz etmişən. Bu xüsusiyyətlərin içində məsuliyyəti sadalaya bilərəm, gördüyü işi sevməsini deyə bilərdim. Gördüyü işə özünə məxsus yanaşma prinsipinin olmasını deyə bilərəm. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Bizim böyük şəhərlərimizə belə geniş üfüqi insanlar lazımdır. Geniş üfüqi tanıdığım insanlardan biri də Elşən müəllimdir. Çox arzu edirəm və ümid edirəm ki, gəncəlilərdə bu üfüqi görəcəklər və üfüqün işığında irəlləyəcəklər. Çox istəyirəm ki, gələcək illərdə Gəncəmizi təmsil edən şəxslərdən biri də Elşən Gəncəvi olsun.

Elşən Gəncəvini onun tələbəlik illərindən tanıyıram. Bu sözləri tanınmış yazıçı, şair, publisist Aqşin Yenisey bildirib. Tez-tez bizim redaksiyanı ziyarət edən, redaksiyada gedən mübahisə və müzakirələrdə öz fikirləriylə aktiv iştirakçılardan olan gənclərdən biriydi. İctimai şüuru yerində olan bir gənc kimi diqqətimizi çəkmişdi. Daha sonra ictimai həyata qatıldı. Nəzəri olandan praktik olana keçdi. Onunla eyni vaxtda tanıdığım gənclərin çoxu bu gün ictimai həyatda yoxdurlar. Şəxsi məsələlərlə məhdudlaşan bir həyat yolunu seçdilər. Elşən Gəncəvi isə daha zəhmət tələb edən və başqalarına da faydası toxunacaq bir həyat tərzini seçdi. Və öz yoluyla uğurla addımlayır. Ona öz seçimi olan bu yolda uğurlar arzulayıram. 
Elşən Gəncəvi ilə artıq 7 ildən çoxdur tanışıqlığımız var. Dostumdur deyə demirəm. Çox yaxşı xalqını, millətini sevən biridir. Bu sözləri açıqlamasında ictimai təşkilatçı Aqil Abbasov bildirib. Özü ictimailləşdirməsə də  mən deyə bilərəm ki, bir çox xeyriyyəçi işlər ilə məşğul olub. Mənim fikrimcə Elşən müəllim Milli Məclisin deputatı olarsa, nəinki həmin dairə, ərazi üçün ümumiyyətlə bütün Gəncə əhalisi üçün müsbət dəyişikliklər olacaq. Elşən insanları səbrlə dinləyən və ən əsası hər hansı bir problemi həll etmək üçün əlindən gələni edəcək bir şəxsdir. Elşənə uğurlar arzu edirəm.

Bizim Elşən Gəncəvi ilə tanışlığımız  “CSBO” şirkətinin təsisindən bu yanadır. Bu sözləri açıqlamasında  “CSBO” şirkətinin direktoru Ziya Malik bildirib. Bizim şirkətin yaranmasında istər vergi əməliyyatlarında, istər sertifikatlaşma məsələsində hər zaman yanımızda olub. O hər zaman gənclərə dəstək olub. Mən öz adımdan deyə bilərəm ki, mən hər zaman görmüşəm. Mən gənc olaraq sahibkarlıq fəaliyyətinə başlayanda Elşən Gəncəvinin mənə çox dəstəyi dəyib. Nəticəsində şirkətim uğurlu fəaliyyət göstərir. Elşən Gəncəvinin bu seçkilərdə qalib olmağını arzu edirəm. Öz seçki dairəsində uğurlu addımların olacağına inanıram. Seçiciləri Elşən bəyə səs verməyə çağırıram. İnşallah seçicilər ondan səslərini əsirgəməz və Elşən bəy bu seçkilərdə uğur qazanar.

Elşən mənim tanıdğım ən dürüst, işinə məsuliyyətlə yanaşan şəxslərdən biridir. Bu sözləri açıqlamasında “MEDİ GROUP” şirkətinin rəhbəri Habil Əliyev bildirib. O qeyd edib ki, inanıram ki, o millət vəkili olsa həmin məsuliyyət və dürüstlüklə xalqına xidmət edəcək. O bəzi millət vəkilləri kimi özü üçün yox, millət üçün işlər görəcək. Mən ona uğurlar arzu edirəm. 

Kiçik sahibkar Elvin Bədəlov bildirib ki, Elşən Gəncəvi çox dürüst insandır. Onun haqqında çox söz deyə bilərəm. Uzun müddətdir ki, əməkdaşlıq edirik ancaq bir dəfə də olsun narazılığımız olmayıb. Onun millət vəkili seçilməsini dəstəkləyirik. Onun seçilməsi bizim hamımızın baş ucalığıdır.

Elşən haqqında fikirlərimiz daim müsbət olub. Onunla əməkdaşlıqda etmişik. Onun barəsində mənfi heç bir söz demək olmaz. Bu sözləri açıqlamasında iş adamı “CRYSTAL GALLERY” şirkətinin direktoru Elşən Məmmədov bildirib. O qeyd edib ki, Elşən həddindən artıq işinə məsuliyyətli yanaşan biridir. O çox məsuliyyətli biridir. İnanıram ki, deputat seçilərsə də məsuliyyətli şəkildə vətənə, millətə xidmət edəcək.