Müğənni Elton Hüseynəliyev ailəsi ilə Türkiyəyə köçüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə ifaçı “Instagram” hesabında yazıb. E.Hüseynəliyev iş təklifi aldığını qeyd edib:
“Mənim əzizlərim, məni sevənlər, sizi çox sevirəm, həmişə sevəcəyəm. Mən ailəmi də götürüb gedirəm Türkiyəyə. Dövlət orkestrindən iş təklifi aldım. Dönmək fikrim də yoxdur. İndi didin bir-birinizi pul üçün, toy üçün. Mənə hüzur lazımdır. Nə qədər şəfəfsiz var imiş ay Allah. Instagramda görüşərik, dostlar”.
