“Mənim ən dəyərli varlığım, həyat yoldaşımsan. Nə yaxşı ki, sən və balalarım, ailəm var. Dünyanın xoşbəxtiyəm”.
“Yeni Gündem” xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb. Sənətçi instaqramda xanımı Tamilla Hüseynəliyeva ilə fotosunu paylaşaraq ona sevgisini etiraf edib:
“Sənsiz bir günüm olmasın. Səni və övladlarımı çox sevirəm. Bizimlə hər zaman xoşbəxt olasan. Ad günün mübarək. Sən bu dünyaya mənim üçün gəlmisən. Eyni zamanda, bu il ailə həyatımızın 15 yaşı tamam olacaq. Sənə can sağlığı arzu edirəm. Sənin üçün “Dünyanın xoşbəxti mənəm dünyada”nı ifa edəcəm”.
Qeyd edək ki, cütlüyün bu nikahdan iki qız övladı var.