“Röyanı əvvəla Xalq artisti adı ilə, sonra da o çatmaqaş Talıbovun villa söhbəti ilə palçıq eləyib divara vurdular. Necə sevirdim onu: həm səsini, həm səmimiyyətini, həm azadlığını… Bir əfsanə idi Röya”.
Bunu sosial şəbəkədə yazıçı Şərif Ağayar yazıb.
“Ancaq “cunqlilər ölkəsi”ndə əfsanə yetişmir. Başlayır başlamağına, uzağı üçüncü-dördüncü abzasda anektoda çevrilir.
Ömrümün 40-dan sonrakı mərhələsi güvəndiyim, inandığım, sevdiyim adamların zibilə çevrilməsi ilə müşayiət olundu.
Və sizə deyim, mən hələ bu yaşda da bu gözlənilən gerçəkliyi travma ilə yaşayıram.
Mənəviyyat abidəsi kimi gördüyüm qələm dostlarımın mənəviyyat fahişəsinə çevrilməsinin üstünə Röyanın dərdi də gəldi…
Mən o gözəl səsi, o gözəl ifaları yaddaşımın hansı küncünə qoyum ki, od olub yandırmasın məni?
Doğrudanmı, Azərbaycanda bir sənət adamı kimi qorunmaq heç cür mümkün deyil?
Əlvida, Röyacan!
Səni həmişə Folknerin qəhrəmanlarına bənzəyən o gözəl, səmimi qıvırcıq kimi xatırlayacam.
Bir gün anlasan ki, o mulat qızcığaz indiki Röyadan nə qədər möhtəşəm idi, sarsılarsan. Ona görə, anlama heç vaxt. Manıs gəldin, mansı da get. Çünki bu xarabanın yeganə xoşbəxt zümrəsi mansılardır”, – o qeyd edib.