Elxan Əzizovun rəhbərlik etdiyi qurum vergi borcu olan şirkətə 68 800 AZN ödəyəcək – SƏBƏBbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-nin nəqliyyat vasitələrinin təmiri xidmətlərinə 68 819 AZN xərclənəcək.

Pravda.az-ın xəbərinə görə, işləri “VM Motors” MMC həyata keçirəcək.

Qeyd: Nizamnamə kapitalı 5 374 432 manat olan “Azerbaijan İnternational Telecom”un İdarə Heyətinin sədri Elxan Faiq oğlu Əzizovdur. Nizamnamə kapitalı 20 AZN olan “VM Motors”un (Vöen: 2004815291) qanuni təmsilçisi isə Vaqif Yaşar oğlu Məmmədovdur. Şirkətin dövlətə 24 018 AZN borcu var.