Elxan Qasımov hazırda reanimasiyadadır, süni nəfəs aparatından ayrılıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə aktyorun qohumu, kinorejissor Tahir Tahiroviç məlumat verib.
“Düzdür, səhhətində irəliləyiş var, yaxşılığa doğru gedir, artıq özünü hiss edir, vəziyyəti stabilləşib, amma təbii ki, müalicə uzun çəkən prosesdir”, – o əlavə edib./APA