Əməkdar artist Elza Seyidcahan intihara cəhd edib. “Yenigundem” xəbər verir ki, bu barədə müğənni-bəstəkar ATV-yə açıqlamasında bildirib.
O, ailədaxili münaqişə zamanı özünə bıçaqla zərər verdiyini qeyd edib: “Bir dəfə intihara cəhd etmişəm. Az qalmışdı ki, hadisə baş versin. Oğlumun 14-15 yaşı var idi. Ata və anasının arasında qalmışdı, seçimini emtəli idi.
Həmin dövrdə bıçaqla özümə xəsarət yetirmişdim. İndiyənədək qızım məni bağışlamır. Ailədə söz-söhbətlər olur, keçsin o günlər, bir daha gəlməsin. Səhv etmişəm”.