Əməkdar artist Elza Seyidcahan son paylaşımı ilə diqqət çəkib.
“Yeni Gündəm” xəbər verir ki, bəstəkar-müğənni sosial şəbəkə hesabında fotolarını paylaşaraq bu sözləri yazıb:
“Təmiz vicdan adamlar arasında olmaqdan qorxmur. Ləkəli vicdanı isə tənhalıq qorxudur. Birdə ki, dostlarımı itirsəm, kədərlənmərəm, təki vicdanım məni tərk etməsin. Bəs sizin vicdanınız var?”
Onun bu paylaşımı birmənalı qarşılanmayıb, bəzi izləyicilər Əməkdar artistin kiməsə söz atdığını iddia ediblər.