Qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üzvlərinin əmək pensiyasına əlavələr təyin ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni – 3.5-ci maddədə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.