Əməkdar artist dəhşətli qəzaya düşüb – VİDEObackend

ATV-nin efirində yayımlanan “El canlı” verilişinin növbəti qonağı əməkdar artist Gülüstan Əliyeva olub.

“Yeni Gundem” Milli.Az-a istinadla xəbər verir ki, sənətçi bir ay öncə qəza keçirdiyini açıqlayıb.

O, bildirib ki, baş verən qəzada günahı olmayıb:

“Maşın sürməyi özüm öyrənmişəm. Qarşımdakı avtomobil sükanı saxlaya bilməyib maşınlara çırpıldı. Üzbəüz gələn maşın hasara çırpılıb üstümüzə gəldi. Hadisə belə olub. Mən heç kimi vurmamışam, günahım olmayıb”.