Əməkdar artist Kübra Əliyeva səhhətində problem yaranıb.
“Yeni Gundem” bildirir ki, Teleqraf.com-a açıqlamasında o, restoranda yıxılaraq qolunu zədələdiyini bildirib:
“Hazırda mənə evdə qızım qulluq edir. Qolum 10 gündür müalicə olunur. Hadisə baş verən kimi xəstəxanaya getdim. Yaxşı ki, qolum sınmayıb. Hazırda qolumu hərəkət elətdirə bilmirəm”.