Əməkdar artist vəfat etdibackend

Rusiyanın əməkdar artisti, teatr aktyoru İqor Bulatov vəfat edib.

“Yeni Gundem” Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amur Regional Teatrının “VKontakte” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Biz inanılmaz həyat eşqi, nikbinliyi, sənətə böyük sevgisi olan rəssamı itirdik” – məlumatda deyilir.

İqor Bulatov martın 23-də 58 yaşında vəfat edib.