“Dünyada bu xəstəliyin müalicəsi yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, xanəndə Ehtiram Hüseynov səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, xəstəliyin irəliləməməsi üçün yeganə yol müalicədən keçir:
“3 ildir ki, bu xəstəlikdən müalicə olunuram, hər gün dərman qəbul edirəm. Amma sənətdəyəm, oxuyuram, səhnədəyəm, sənətimi davam etdirirəm. Şükürlər olsun bu günümə, yaxşıyam”.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.