Əməkdar artistdən ETİRAF: “Məleykə Əsədovanı alacağam” – VİDEObackend

Əməkdar artist İlkin Əhmədov Xalq artisti Məleykə Əsədova ilə ailə qurmaq istədiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, o, bu barədə “Həmin Zaur” proqramında danışıb.

Xanəndə qeyd edib ki, uşaqlıqdan aktrisaya aşiq olub:

“Beşinci, altıncı sinifdə oxuyurdum. “İtkin gəlin” filmində “Əfsanə” obrazı məni o qədər valeh elədi ki, uşaq idim, vurulmuşdum. Özlüyümdə xəyal qururdum ki, çox imkanlı bir şəxsəm. Hər şeyim var və Məleykə xanımı alacağam”.

Azmedia.az