Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) bu dəfə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib. Bu barədə Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov sosial şəbəkələrdə paylaşım edib.
Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.