“Əməkhaqqı və pensiyanın artırılması, əslində, inflyasiyaya görə kompensasiyadır” – Əli Məsimlibackend

“2023-cü ildə əməkhaqlarının və pensiyaların artırılması, əslində, inflyasiyaya görə kompensasiyadır, artım deyil”.

“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bir çox məhsulların qiyməti çox artıb: “Burada qeyd edilir ki, inflyasiyaya səbəb xaricdən qaynaqlanan faktorlardır. Mən xahiş edirəm, açıqlayın ki, hazırda olan inflyasiyanın neçə faizi xarici faktorlardan qaynaqlanır, neçə faizi daxili, neçə faizi isə monopolistlərin etdiyi süni qiymət artımı nəticəsində? Gələn il inflyasiyanın 6,9% olacağı deyilir. Amma bizim hesablamalarımıza görə, reallıqda inflyasiya daha çoxdur”.

APA