Emin Ağalarov akulanın mədəsini yedi – VİDEObackend

Azərbaycanlı iş adamı, xalq artisti Emin Ağalarov ekzotik Çin mətbəxinin təamlarını dadıb. Süfrədə qurbağa, inək südündə yarasanın qaraciyəri, akula mədəsi olub.

“Yeni Gundem” Kult.az-a istinadən xəbər verir ki, bununla bağlı İnstaqramda videogörüntü yayılıb.

Emin qurbağa yeməkdən imtina etsə də, akula mədəsinə etiraz etməyib. Hətta onun qırışlara qarşı faydalı olduğunu bildirib.

Onunla birlikdə bu yeməklərin dadına baxanlar qidaların insan sağlamlığı üçün faydalı olduğunu qeyd ediblər.