Emin Əmrullayevdən yeni təyinatbackend

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecə direktor təyinatı olub.

Universitetdən verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə İbrahimova Leyla Tofiq qızı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Leyla Tofiq qızı İbrahimova 4 mart 1988-ci ildə Lənkəran rayonu Darquba kəndində anadan olub. 1993-2004-cü illərdə orta təhsil alıb, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olub, 2008-cic ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub, həmin il LDU-nun “Azərbaycan dili” ixtisası üzrə magistraturasına daxil olub, 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. 2011-2016-cı illərdə bank sektorunda çalışıb. 2016-ci ildən 2020-ci ilədək Lənkəran Dövlət Universitetində laborant, tyutor daha sonra TTTTM-də “Tədrisin təşkili və əlavə təhsil”, “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri olub. 12 oktyabr 2020-ci ildən 10 oktyabr 2022-ci ilədək LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

 

LDU-nun “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müəllimi və doktorantıdır.

Ailəlidir, 2 övladı var.