Əmrə Canın Azərbaycana vurduğu qol UEFA-nın açıqladığı 10 ən yaxşı qol siyahısına düşübbackend

UEFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində vurulmuş 10 ən yaxşı qolun siyahısını açıqlayıb.

“Yenigundem” “Report” a  istinadən  məlumatına görə, siyahıda Almaniya millisinin futbolçusu Əmrə Canın Azərbaycan yığmasının qapısından keçirdiyi top da yer alıb.

Bu, oktyabrın 8-də Kayzerslauterndəki son seçmə oyuna təsadüf edib. Bundestimin 5:1 hesablı qələbə qazandığı görüşdə türkəsilli yarımmüdafiəçi uzaq məsafədən zərbə ilə Kamran Ağayevi məyus edib.

Digər qollar isə bunlardır:

Sebastyan Rudi (Şimali İrlandiya – Almaniya – 1:3), Konstantinos Mitroğlu (Cəbəllütariq – Yunanıstan – 1:4), Markus Berq (İsveç – Hollandiya – 1:1), Qafurcan Suyumbayev (Danimarka – Qazaxıstan – 4:1), Aleşandre Martines (Andorra – İsveçrə – 1:2), Pavel Savitski (Belarus – Bolqarıstan – 2:1), Olivye Jiru (İsveç – Fransa – 2:1), Aksel Vitsel (Belçika – Cəbəllütariq – 9:0), Aleksandr Rinq (Finlandiya – İslandiya – 1:0).

DÇ-2018-də Avropanın 14 yığması mübarizə aparacaq. Təşkilatçı Rusiya ilə yanaşı, daha 9 vəsiqənin sahibi artıq məlumdur. Son 4 vəsiqənin taleyinə “play-off” oyunlarından sonra aydınlıq gələcək.

Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda olacaq.

Qolların videolarına bu linkdə baxmaq olar: