`Ən böyük” mobil operatorun xırda problemləri – Əlavə pul tuturlar…backend

Özünü hər addımbaşı, hər reklamının sətir başında ÖLKƏNİN ƏN BÖYÜK MOBİL OPERATORU kimi təqdim edən, əslində… daha dəqiqi, reallıqda isə abunəçilərinin ən xırda problemlərinin həllində belə aciz qalan “Azercell” şəbəkəsindən şikayətlər bitmək bilmir ki bilmir. Biz isə Dia-az.İnfo olaraq vətəndaş gileylərini təqdim edirik ki, bəlkə sözügedən şirkətin başbilənləri müsbət mənada hərəkətə keçələr… Beləliklə…

`Ən böyük" mobil operatorun xırda problemləri

“Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Səməd Sadıxov adlı sosial şəbəkə istifadəçisi “Azercell” tərəfindən ondan artıq vəsaitin tutulmasından narazılıq edir.

Narazı vətəndaş yazır: “Şikayətim “Azercell”dəndir.

17 manatlıq paket 19 manat olub… Hər ay da hansısa hesablamaya əsasən, məndən əlavə olaraq 32-35 manat alırlar…”