“Ən kədərli anımızda sevinc bəxş etməyə borcluyuq”backend

Xalq artisti Aygün Kazımova qardaşı Kazımın ölümündən sonra ictimaiyyət arasında görüntülənib.

“Yeni Gundem” xəbər verir ki, məşhur müğənni bir neçə gün bundan əvvəl “Zima” festivalında və toy mərasimlərində çıxış edib. Kazımova həmin görüntüləri instaqram səhifəsində paylaşaraq belə şərh yazıb:

“Biz – sənət insanları ən kədərli anımızda belə tamaşaçıya sevinc bəxş etməyə borcluyuq. Peşəmin ən sevdiyim cəhəti isə minlərlə doğmamın xoşbəxt günlərini şadlandırmaqdır”.