Bu gün tanınmış Azərbaycan ziyalısı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül xanım Abdıyevanın doğum günüdür.
“Yeni Gundem”-in məlumatına görə, tanınmış ziyalının ölkəmizdə tibb sahəsinin, xüsusilə Oftalmologiya sahəsinin inkişafına böyük töhfələri vardır.
Peşə fəaliyyəti ilə yanaşı , xalq arasında humanist qadın rolunu da oynayıb.
Yazgül xanım həm də şəhid ailələri, qazilər, ehtiyacı olan həssas təbəqə nümayəndələri üçün ana olub.
Şəhid ailələrinə, Qazilərə, ehtiyacı olan ailələrə, yaradıcı qələm adamlarına, istedadlı gənclərə göstərdiyi diqqət və qayğı Yazgül xanımın çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edir.
Yazgül xanım Abdıyeva xalqımızın çətin günündə tibbi məsləhətləri ilə çox böyük işlər görüb.
2020-ci il çıxışlardan birindən qısa sitat:
“Koronavirus pandemiyasından əvvəl mərkəzin Dəmiryolu səyyar klinikasında gün ərzində 400 nəfərədək xəstəni müayinə etmək, 50-dək oftalmoloji əməliyyat aparmaq mümkün olurdu. Eyni zamanda, mərkəzin bütün filialları, həkimlər 44 günlük Vətən müharibəsi dövründə də “Biz birlikdə güclüyük!” devizi altında səfərbər olaraq, qazilərə, oftalmoloji problemi olan insanlara daim yardım və dəstək göstəriblər”, – deyə Yazgül Abdıyeva bildirib.
Yazgül xanım tibb sahəsinin inkişafına mane olan , ona əngəlliklər törədənlərə də cavabsız qalmayıb.
“Hörmətli həmkarlar! Azərbaycanımızın çox dəyərli həkimləri var. Həkim adı ülvi və təmiz bir ziyalı adıdır. Bu dəyəri hər zaman qorumaq lazımdır !
Son illər (xüsusilə özəl sektorlarda) artıq bəzi təcrübəsi olmayan və xəstəsi olmayan həkimlər üz tuturlar şou tv proqramlarına. Yaxşı və dəyərli həkimlərin şou oyunlarında reklama ehtiyacı yoxdur!
Bu artıq dəb halını alıb. Bu şou reklam sayəsində bəzi həkimlərə çox xəstə sayı gəlir. Sonda nə qədər xəstələrdə fəsad törədərək təcrübə yığırlar. Sonra cəmiyyətdə belə insanlar özünə vurulma xəstəliyinə tutulurlar. “Məndən savadlı həkim yoxdur”, deyə özünə qarşı yüksək qiymətli ideya fikri ilə artıq şan şöhrət xəstəliyinə tutulurlar, digər həkimləri bəyənmirlər. Fəsadlarını gizlədirlər. Olmaz belə, onlar həm özlərini, həm də xəstələri aldadırlar(xüsusilə də bəzi təcrübəsiz göz həkimləri-oftalmoloqlar belə etməməlidirlər). Bu məsələləri Səhiyyə və TƏBİB rəhbərliyi ciddi nəzərdən keçirməlidir”,.
Bir sözlə əsl Azərbaycan ziyalısı.
Abdıyeva Yazgül Cahangir qızı
Uğurlu fəaliyyət, yüksək keyfiyyət və ləyaqətli xidmət.
“Yeni Gundem” komandası olaraq Yazgül xanımı təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Yazgül xanım Uca yaradanın verdiyi ömrü sağlam və uğurlu yaşayın.
Fərahim Rəhimov
“Yeni Gundem”