Energetika naziri Ağdaşda vətəndaşları qəbul edəcəkbackend

Fevralın 9-da energetika naziri Pərviz Şahbazov Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:30-dan başlayaraq Ağdaş rayonHeydər Əliyev Mərkəzində (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı 2) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]), Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.