Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib.
“Yeni Gundem” xəbər verir ki, iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.