Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ənyüksək səviyyəli rəhbər və mütəxəssislərini bir arayagətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisiBakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcımütəxəssislərinin görüşdüyü və memorandumların, habeləgələcək əməkdaşlığa dair saziş və müqavilələrinimzalandığı meydançaya çevrildi. Sərgi və konfransiştirakçıları arasında qlobal neft və energetika sektorununaparıcı şirkətləri yer alır.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsiçərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz– “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetikavə Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılışmərasimində iştirak edib. Mərasimdə çıxış edən ölkəmizinbaşçısı otuz il bundan əvvəlki Azərbaycanla indikiAzərbaycanı müqayisə edərək qeyd edib ki, “Həmindövrdə adambaşına düşən məcburi köçkünlərin sayınagörə biz bəlkə də dünyada birinci yerdə idik və yabirincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburiköçkün idi. Bu, həqiqətən də çətin dövr idi və bizhumanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yolyalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakinAzərbaycan çox riskli ölkə hesab olunurdu.”
Bu cür çətinlikləri Ulu öndər Heydər Əliyevin hakimiyyətəgəlməsi ilə arxada qoyan ölkəmiz 1993-cü ilin payızındanetibarən dönüş nöqtəsi əldə edərək inkişaf və tərəqqi yoluilə addımlamağa başladı. O böyük şəxsiyyətin həyatakeçirdiyi siyasət nəticəsində enerji müqavilələrininimzalanması, konsorsiumların yaradılması, Bakı-Ceyhanneft kəmərinin çəkilməsi kimi nəhəng layihələrAzərbaycanın enerji böhranından çıxaraq enerji ixrac edənölkəyə çevrilməsinə səbəb oldu: “Bu, bizimiqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizimiqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübutetdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.
Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında bildirib ki, “4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qazsərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dənolan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş vəkülək enerjisi elektrik stansiyalarının təməlqoymamərasiminin keçirilməsi ilə də yadda qalacaq.”
Beləliklə də, Azərbaycan və onun beynəlxalq tərəfdaşlarıqazıntı yanacağından bərpaolunan enerji resurslarınatransformasiya edəcəyini diqqətə çatdıran cənab İlhamƏliyev bu sahədə beynəlxalq əməkdaşlığın mühüm roloynadığını xüsusi vurğulamışdır.
Cənab Prezident indiki dünya düzənində hələ də enerjitəhlükəsizliyinin milli təhlükəsizliyin əsasını təşkil etdiyinibildirərək bu sahədə Azərbaycanın Avropa üçün etibarlıtərəfdaş olduğunu diqqətə çatdırmışdır. Avropanın qaztəchizatçısı kimi böyük bir rola malik olan ölkəmiz düzgünsiyasət nəticəsində özünün yerini və çəkisini müəyyən edəbilmişdir. Hazırda kifayət qədər neft və qaz resurslarınamalik olmağımıza baxmayaraq yaşıl enerji sahəsindəhəyata keçirilən layihələr də onu göstərir ki, ölkə rəhbərliyiqloballaşan dünyada iqlim dəyişikliklərinə ciddi münasibətbəsləyir və COP29 kimi nəhəng tədbirə ev sahibliyi etməkdə buradan irəli gəlir.
Cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinindüzgün və anlaşılan əsasları vardır. Bu siyasət millitəhlükəsizliklə yanaşı, həm də bəşəriyyəti narahat edənproblemlərin həllini özündə ehtiva edir. Ölkəmizin başçısıbunu öz çıxışında da qeyd etdi və bildirdi ki, “bir-birimizigünahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız vənəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəkihəyatla bağlı gündəliyimizə yönəltməliyik.
Eltun Süleymanov
Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini